SMM (Sosial Media Marketing) sosial şəbəkələrdən istifadə edərək bir məhsulun və ya markanın tanıtımıdır. Onun məqsədi trafik cəlb etmək, müsbət bir marka və məhsul nüfuzu yaratmaqdır.
SMM işinin mahiyyəti nədir?
SMM işinin əsas mahiyyəti tematikadan istifadə edərək sosial şəbəkələrin auditoriyasını cəlb etməkdir. Sürətli başlanğıc üçün sadə bir kontekst reklamının göstərilməsi insanları cəlb edəcək, lakin SMM-də olduğu kimi etibarlı əlaqələrin inkişafı üçün yararlı olmayacaqdır.
SMM tanıtımının əsası, hədəf auditoriyanı cəlb etmək, rəy almaq və alıcılarla marka arasında inam yaratmaqdadı. SMM-nin əsas xüsusiyyəti ondadır ki, axtarış alqoritmləri daim dəyişir və bu da onun yeniliklərlə uyğunlaşmasına səbəb olur. Məhsulun, brendin və ya ixtisasın təqdimatını SMM-lə etsəniz hər zaman yalnız məhsul və ya xidmətinizlə maraqlanan bir auditoriya ilə işləyəcəksiniz.
SMM-in iştirakı ilə yaradılan reklamlar sadə olmamalıdır, çünki insanlar sosial şəbəkələrdə sizə olan marağını itirərsə sizi izləməyəcəklər. Gələcəkdə tanıınmaq üçün abunəçilərinizlə düzgün ünsiyyət qurmaq vacibdir. Nəyi və kimə təklif etmək istədiyinizi, təklifinizin üstünlüklərini açıq şəkildə anlamalı, lakin eyni zamanda hədəf auditoriyanız üçün həmişə maraqlı qalmalısınız.
SMM bir növ kontent-marketinqə bənzəyir. Yeganə fərq ondan ibarətdir ki, sosial şəbəkələrin köməkliyi ilə yaradılan təqdimatlarda siz xeyli gəlir əldə edə bilərsiniz. SMM daim sosial şəbəkələrlə eyni vaxtda inkişaf edir. SMM köməkliyi ilə siz xidmətlərə olan tələbi artıra və insanları müxtəlif yollarla cəlb edə bilərsiniz.
Burda sizə kömək edəcək əsas amilləri sadalamaq istəyirik:
1. Kontent
Kontent olmadan səhifənizin təbliği qeyri-mümkündür. Sizin uğur əldə edib etməyəciyiniz ondan asıllıdır.
2. Əlaqə
Səhifənin idarə edilməsi birbaşa istifadəçilərlə ünsiyyət və rəylərin mövcudluğu ilə bağlıdır.
3. Bloggerlərlə əməkdaşlıq
Markanın reklamı üçün məşhur blogger cəlb etmək kifayət qədər populyar SMM vasitələrindən biridir. Sosial mediada blogerlərin tamaşaçı kütləsinə təsiri kifayət qədər böyükdür.
4. Yarışmalar
Qrupunuzun reklamı üçün yarışmalardan istifadə etmək köhnə, lakin eyni zamanda effektiv bir yoldur. Ən məşhur yarışmaların növləri bunlardır: repost, təxmin və ya dostlarını xatırlatmaq üçün yarışmalar. Hədəf auditoriyanız üçün maraqlı bir yarışma seçin, mümkün qədər sadə edin, oyunun dəqiq qaydalarını müəyyənləşdirin və qalanını istifadəçilər sizin üçün özləri həyata keçirəcək.
5. Nəticə
Sonda onu da qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə tanıtım üsulu tez inkişaf edir və bu irəliləyiş hələ uzun müddət davam edəcəkdir. Sosial şəbəkələr hər gün daha çox insanı özünə cəlb edir, yeniliklər təklif edir. İndi heç kim sosial şəbəkələrin 5, 10 və ya 15 ildən sonra nəyə çevriləcəyini təxmin edə bilməz, amma bir şey aydındır ki, onlara tələb olacaq, bu da sosial medianın hələ uzun müddət gəlir yeri olaraq qalacağından xəbər verir.