Kopirayter kimdir?

Kopirayter (copywriter) kimdir və ya onun vəzifəsinə nələr daxildir? Çoxları bu görəvdə çalışanın yalnız postlar üçün məqalələrə cavabdeh şəxs olduğunu zənn edir. Lakin bu, belə deyil. Buna görə, kopirayterin vəzifəsinə daxil olan məslələrə nəzər salaq.

Bu vəzifəyə məsul şəxsin əsas vəzifəsi internetdə müxtəlif mal və xidmətlərin təşviqi, onların reklamı ilə bağlı mətnləri yazmaq, bu yöndə ideyalar vermək, fikirlər yaratmaqdır.

Eyni zamanda o, sosial şəbəkələr üçün reklam mətnləri, məqalələr, mesajlar, şüarlar, malların adları (naming), çarxların ssenarilərini tərtib etməyi bacarmalıdır.

Qeyd edək ki, bu mətnlər cəmiyyətin maraq dairəsinə uyğunlaşdırılan, kreativ və hər kəsin başa düşə biləcəyi şəkildə olmalıdır.